Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Nağıyevdən Əfqanıstanla bağlı açıqlama: Bakı hər zaman...
siyasət

Nağıyevdən Əfqanıstanla bağlı açıqlama: Bakı hər zaman...

29-04-2025 11:00 26 Views
IMG

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.

 

Tvit.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Bakıda Əfqanıstanla bağlı tədbirdə deyib.

 

O bildirilib ki, Azərbaycan bu istiqamətdə səylərini heç bir vaxt əsirgəməyib:

 

"Əfqanıstana transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı apardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək verməsi zəruridir".