Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Reuters: İran Hizbullaha müharibədən zərər çəkən ailələrə yardım üçün 200 milyon dollar verib
dünya

Reuters: İran Hizbullaha müharibədən zərər çəkən ailələrə yardım üçün 200 milyon dollar verib

07-10-2026 20:00 10 Views
IMG

İran İsraillə müharibədən zərər çəkən ailələrə yardım göstərilməsi üçün Livandakı Hizbullaha 200 milyon dollar vəsait verib.

 

Tvit.az-ın məlumatına görə, bu barədə Reuters mənbələrə istinadən xəbər yayıb.

 

Məlumata əsasən, vəsait ABŞ-ın İrana təzyiqlərinin artmasına və Tehranın Livandakı müttəfiqinə pul köçürməsində yaranan çətinliklərə baxmayaraq, ötən ay Hizbullaha çatdırılıb. Pul köçürməsini həyata keçirən vasitəçilər adi komissiyadan dörd dəfə çox – 20 faiz haqq alıblar.

 

Hizbullah vəsaiti təxminən 50 min ailəyə yardım üçün yönəltməyi planlaşdırır. İlkin mərhələdə hər ailəyə təxminən 3 min dollar verilməsi nəzərdə tutulur.

 

Təşkilatın nümayəndəsi müəyyən məbləğdə vəsaitin alındığını təsdiqləyib və yaxın günlərdə onun bölüşdürülməsi planının açıqlanacağını bildirib. Lakin o, vəsaitin mənbəyini açıqlamayıb.

 

Aysel