Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Hindistandan Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı mühüm açıqlama
dünya

Hindistandan Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı mühüm açıqlama

07-10-2026 21:00 6 Views
IMG

Hindistan Ukrayna münaqişəsinin həllinə töhfə verməyə çalışır.

 

Tvit.az-ın məlumatına görə, bunu Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval brifinqdə bildirib.

 

Onun sözlərinə görə, Hindistan Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi, eləcə də Rusiya və Ukraynanı narahat edən taxıl və enerji resurslarının ixracı, qarşılıqlı hücumlardan imtina imkanları kimi məsələlərin həllinə töhfə verməyə çalışır.

 

Caysval qeyd edib ki, Hindistan münaqişənin hər iki tərəfi ilə danışıqları davam etdirir. Onun sözlərinə görə, Yeni Dehlinin səyləri həm Moskva, həm də Kiyev tərəfindən yüksək qiymətləndirilib.

 

Aysel