Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER iOS 27.2-də iPhone istifadəçilərini sevindirəcək yeni funksiya
OTHER

iOS 27.2-də iPhone istifadəçilərini sevindirəcək yeni funksiya

01-10-2026 22:00 24 Views
IMG

Apple iOS 27.2 versiyasında Mesajlar tətbiqinə istifadəçilər üçün faydalı yeni funksiya əlavə edib.

 

Tvit.az-ın xarici mediaya istinadən məlumatına görə, şirkət iOS 27-nin ilk beta versiyalarında bu funksiyanı sınaqdan keçirsə də, sonrakı mərhələdə onun təqdimatını təxirə salmışdı. Yeni funksiya artıq iOS 27.2 beta versiyasına daxil edilib.

 

Süni intellekt əsaslı funksiya Mesajlar tətbiqindəki söhbətin məzmununu təhlil edərək istifadəçiyə Qeydlər, Xatırlatmalar və Təqvim tətbiqlərində bir kliklə əməliyyat həyata keçirməyə imkan verir.

 

Belə ki, söhbət zamanı qarşı tərəf istifadəçidən hər hansı işi görməsini istədikdə, mesajın altında müvafiq təklif düyməsi görünür. İstifadəçi həmin düyməyə toxunaraq məlumatı birbaşa Xatırlatmalar və ya Qeydlər tətbiqinə əlavə edə bilər.

 

Eyni zamanda, söhbətdə hər hansı tədbir və ya görüşdən bəhs edildikdə, sistem onu müəyyən edərək bir toxunuşla Təqvim tətbiqinə əlavə etməyi təklif edir.

 

Yeni funksiyanın iOS 27.2-nin istifadəyə verilmiş versiyası ilə bütün uyğun iPhone istifadəçilərinə təqdim edilməsi gözlənilir.

 

Aysel Şirinova