Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Azərbaycan-Rusiya hərbi əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub
siyasət

Azərbaycan-Rusiya hərbi əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub

30-09-2026 21:00 11 Views
IMG

Bakı Ekspo Mərkəzində təşkil olunan "ADEX-2026" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair keçirdiyi görüşlər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya müdafiə nazirinin müavini Vasiliy Osmakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Tvit.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunmasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlqların rolunu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.