ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi ölkədə pilotsuz uçuş aparatları və raket hücumları təhlükəsinin, habelə husilərin hava limanları və ölkənin hava məkanına qarşı açıq təhdidlərinin davam etməsi ilə əlaqədar ABŞ vətəndaşlarını yüksək ayıq-sayıqlıq nümayiş etdirməyə çağırıb.
Tvit.az-ın məlumatına görə, bu barədə ABŞ-ın diplomatik nümayəndəliyinin bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, təhlükəsizlik riskləri səbəbindən ABŞ hökumətinin əməkdaşlarına Səudiyyə Ərəbistanının Yəmənlə sərhədindən 20 mil məsafə daxilində hərəkət etmək qadağan edilib.
ABŞ vətəndaşlarına da Yəmən sərhədinə yaxın ərazilərdən uzaq durmaq tövsiyə olunub.