Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycan Niderland şirkəti ilə Orta Dəhliz üzrə layihələri müzakirə edib
sosial

Azərbaycan Niderland şirkəti ilə Orta Dəhliz üzrə layihələri müzakirə edib

07-10-2026 14:00 15 Views
IMG

Azərbaycanla Niderlandın "C. Steinweg Group" şirkəti Orta Dəhliz üzrə birgə layihələri müzakirə edib.

 

Tvit.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

 

Bununla bağlı müzakirələr azərbaycanlı nazirin Niderlandın "C. Steinweg Group" şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüşdə aparılıb.

 

"Kritik minerallar və logistika sahəsində əməkdaşlıq imkanlarını, eləcə də saxlama-anbar komplekslərinin yaradılması məsələlərini müzakirə etdik. Xüsusilə, Orta Dəhliz üzrə birgə layihələri və bu istiqamətdə infrastruktur imkanlarının genişləndirilməsi barədə fikirKr mübadiləsi apardıq", - M.Cabbarov qeyd edib.