Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Mərakeş tarixində ilk dəfə bir qadın Baş nazir təyin olunub
siyasət

Mərakeş tarixində ilk dəfə bir qadın Baş nazir təyin olunub

29-09-2026 23:00 11 Views
IMG

Mərakeş tarixində ilk dəfə qadın baş nazir təyin edildi.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Mərakeş kralı VI Məhəmməd Fatima əl-Zəhrə Mansurini ölkənin yeni hökumət başçısı təyin edib və ona yeni hökuməti formalaşdırmağı tapşırıb.

 

Məlumata görə, Mansuri iş adamı Aziz Ahanouşu baş nazir vəzifəsində əvəz edib. Onun təyinatı Mərakeş tarixində ilk dəfə qadının hökumət başçısı vəzifəsinə gətirilməsi ilə yadda qalıb.

Fatima Mansuri 1976-cı ildə Mərakeşin Marakeş şəhərində anadan olub. Hüquqşünas və siyasətçi olan Mansuri daha əvvəl Marakeş şəhərinin meri vəzifəsində çalışıb. 2021-ci ildən etibarən isə hökumətdə Milli Ərazi Planlaşdırılması, Şəhərsalma və Mənzil Siyasəti naziri olub.

2024-cü ildə Mansuri Orijinallıq və Modernizm Partiyasının baş katibliyinin rəhbərliyində koordinator vəzifəsini tutub.

Sentyabrın 23-də keçirilən parlament seçkilərində Orijinallıq və Modernizm Partiyası 395 mandatdan 97-ni qazanaraq birinci olub. Milli Müstəqillər İttifaqı 66, İstiqlal Partiyası isə 65 mandat əldə edib.

Mərakeş Konstitusiyasının 47-ci maddəsinə əsasən, kral parlament seçkilərində ən çox səs toplayan partiyanın üzvləri arasından hökumət başçısını təyin edir.