Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home OTHER Changan-ın bu modeli ilk sutkada 35 min sifariş alıb
OTHER

Changan-ın bu modeli ilk sutkada 35 min sifariş alıb

25-09-2026 23:00 6 Views
IMG

Çinin avtomobil istehsalçısı Changan-ın Nevo Q06 modeli satışa çıxarıldıqdan cəmi 24 saat sonra 35 min sifariş alıb.

Tvit.az xəbər verir ki, Changan Nevo Q06-nın Çində satışlarına sentyabrın 23-də başlanılıb. Təqdimatdan 24 saat sonra şirkət model üzrə 35 min sifariş qəbul edildiyini açıqlayıb.

Müqayisə üçün, BYD Song Ultra EV Çində satışa çıxarıldığı ilk həftədə 37 216 sifariş alıb. Bununla belə, qeyd olunan rəqəmlər faktiki avtomobil tədarükünü deyil, yalnız sifarişlərin sayını əks etdirir.

Çin EV DataTracker-in məlumatına görə, Changan Nevo 2026-cı ilin yanvar-avqust aylarında 215 533 avtomobil tədarük edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,9% artım deməkdir.

Hazırda markanın ən çox satılan modeli 11 905 dollar başlanğıc qiymətinə malik Changan Nevo Q05 SUV-dir. Şəhər istifadəsi üçün nəzərdə tutulan model üzrə ilin ilk 8 ayında 107 768 avtomobil tədarük edilib.

Changan Nevo Q06 isə 20 845-25 315 dollar qiymət aralığında təklif olunur. Daha yüksək qiymət seqmentində yer alan yeni modelin markanın ümumi satışlarına və gəlirlərinə töhfə verməsi gözlənilir.

 

Aysel Şirinova