Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Azərbaycan Yunanıstanla enerji və nəqliyyat bağlantılarının genişləndirilməsini müzakirə edib
siyasət

Azərbaycan Yunanıstanla enerji və nəqliyyat bağlantılarının genişləndirilməsini müzakirə edib

01-10-2026 12:00 30 Views
IMG

Azərbaycan və Yunanıstan arasında ticarət və qarşılıqlı investisiyaların artırılması, enerji və nəqliyyat bağlantıları üzrə əməkdaşlığının genişləndirilməsi müzakirə edilib.

 

Tvit.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

 

Bu barədə müzakirələr Azərbaycan-Yunanıstan Hökumətlərarası Komissiyasının VI iclasından əvvəl həmsədr, Yunanıstanın xarici işlər nazirinin müavini Teoharis Teoharis ilə görüşdə aparılıb.

 

Nazir bildirib ki, görüşdə biznes əlaqələrinin konkret layihələrlə inkişafı istiqamətində atılacaq addımlar müzakirə edilib.