Azərbaycan və Estoniya arasında əlaqələrin inkişaf perspektivləri, rəqəmsal inkişaf, süni intellekt, innovasiya və texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Tvit.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
Müzakirələr nazirin Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mihkelson ilə görüşdə baş tutub.
R.Nəbiyev görüşdə həmçinin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşıdakı Hökumətlərarası Komissiyanın iclası və Estoniya texnologiya şirkətləri ilə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsinin aparıldığını bildirib.