Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ermənistanın dövlət borcu ilə bağlı 2027-ci il planı açıqlanıb
dünya

Ermənistanın dövlət borcu ilə bağlı 2027-ci il planı açıqlanıb

07-10-2026 23:00 10 Views
IMG

Ermənistan 2027-ci ildə dövlət büdcəsinin 11 faizini dövlət borcunun ödənilməsinə yönəldəcək.

 

Tvit.az-ın məlumatına görə, bunu Ermənistanın maliyyə naziri Ovanes Ovanisyan bildirib.

 

Onun sözlərinə görə, qarşıdakı illərdə Ermənistanın dövlət borcunun ÜDM-ə nisbətinin 50 faizdən aşağı səviyyədə saxlanılması planlaşdırılır.

 

Qeyd edək ki, 2025-ci ildə bu göstərici ÜDM-in 47,2 faizini təşkil edib ki, bu da 14 milyard dollardan çoxdur. 2026-cı il üzrə büdcə kəsirinin isə 3,4 faiz olacağı gözlənilir.