Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Polşada texnikumda bıçaqlı hücum nəticəsində 9 nəfər yaralanıb
dünya

Polşada texnikumda bıçaqlı hücum nəticəsində 9 nəfər yaralanıb

07-10-2026 20:00 10 Views
IMG

Polşanın Ostrołęka şəhərində texnikumda bıçaqlı hücum nəticəsində yaralananların sayı 9 nəfərə çatıb. Onlardan biri ağır vəziyyətdədir.

 

Tvit.az-ın məlumatına görə, bunu Ostrołęka dairə prokurorluğunun mətbuat katibi Eljbeta Lukaşeviç PAP agentliyinə bildirib.

Məlumata əsasən, yaralananlar arasında 5 şagird, 2 müəllim və hücum edən şəxsin hadisə yerindən qaçarkən yaraladığı 2 yoldan keçən şəxs var.

Polisin məlumatına görə, hücumu eyni texnikumun 19 yaşlı tələbəsi Yakub Z. törədib. O, hadisədən 25 dəqiqə sonra şəhər çimərliyində saxlanılıb. Özünə bir neçə xəsarət yetirdiyi üçün o da xəstəxanaya yerləşdirilib.

Yerli hakimiyyət orqanları bildirib ki, şübhəlinin daha əvvəl üzərində narkotik maddələr aşkarlandığı üçün qanunla problemi olub. Bundan başqa, Yakub Z. psixoloqun nəzarətində olub.