Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Xələf Xələfov Lavrovla iki ölkə arasında münasibətlərin inkişafını müzakirə edib
siyasət

Xələf Xələfov Lavrovla iki ölkə arasında münasibətlərin inkişafını müzakirə edib

09-04-2025 19:00 61 Views
IMG

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Moskvada keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini və Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyini müzakirə ediblər.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilib.

 

"Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik müstəvisində inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bir sıra aktual beynəlxalq və regional məsələlərə toxunulub", - qurumdan bildirilib.

 

Məlumata görə, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin gündəliyinə daxil olan əsas məsələlər və 2025-2026-cı illərdə Azərbaycanın sədrliyi dövründə bu platformada birgə fəaliyyətin vəzifələri müzakirə olunub.