Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Əli Əsədov Olivye Bukal ilə görüşdü
siyasət

Əli Əsədov Olivye Bukal ilə görüşdü

03-06-2025 18:00 43 Views
IMG

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 3-də Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukal ilə görüşüb.

 

Nazirlər Kabinetindən Tvit.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Seneqal ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyi bildirilib. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub.

 

O.Bukalın səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN xidmət" ilə Seneqalın Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

 

Görüşdə Azərbaycan-Seneqal əlaqələrinin müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.