Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Dənizdə boğulduğu ehtimal edilən skripkaçı 7 ay sonra SAĞ TAPILDI
turizm

Dənizdə boğulduğu ehtimal edilən skripkaçı 7 ay sonra SAĞ TAPILDI

15-05-2025 19:00 18 Views
IMG

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan Kənan Qurbanlı tapılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Tvit.az-a bildirilib ki, itkin kimi axtarışı elan olunan 1997-ci il təvəllüdlü Kənan Vaqif oğlu Qurbanlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.

 

Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.

 

Qeyd edək ki, onun dənizdə boğulması ehtimal edilirdi. Skripkaçı olan Kənanın həmin vaxtdan harada olması barədə hələlik məlumat verilməyib.