Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Muxtar Babayev COP30-un prezidenti ilə iqlim maliyyəsinin həcminin artırılmasını müzakirə edib
siyasət

Muxtar Babayev COP30-un prezidenti ilə iqlim maliyyəsinin həcminin artırılmasını müzakirə edib

23-04-2025 18:00 28 Views
IMG

COP29-un prezidenti Muxtar Babayev COP30-un prezidenti Andre Korrea du Laqu ilə görüş keçirib və "Bakıdan Belenə" yol xəritəsini müzakirə edib.

 

Tvit.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.


"COP29-un prezidenti Muxtar Babayev COP30-un təyin olunmuş prezidenti Andre Korrea du Laqu ilə ikitərəfli görüş keçirib. Görüş zamanı onlar bu il üçün əməkdaşlığın mühüm istiqamətlərini, o cümlədən 2035-ci ilə qədər iqlim maliyyəsinin illik 1,3 trilyon dollara çatdırılması üçün Bakıdan Belenə qədər olan Yol Xəritəsi müzakirə ediblər. COP29-un prezidenti Azərbaycanın Belendə COP30-un uğurla keçirilməsinin təmin edilməsində Braziliyaya tam dəstəyini təsdiqləyib", - məlumatda qeyd olunub.