Azərbaycan və Türkiyə arasında əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Tvit.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “X”dəki hesabında yazıb.
“Bu gün Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüşdük. Görüşdə Türkiyə Respublikası ilə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edildi”, - nazir vurğulayıb.