Bakının Xəzər rayonunda dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə zərərçəkənin 22 min 300 manatını aldadaraq ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı Ə.Abbasov və 23 yaşlı S.Salikov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.