Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Yol tikintisi zamanı üzərinə armatur düşdü, öldü
turizm

Yol tikintisi zamanı üzərinə armatur düşdü, öldü

18-02-2025 14:00 68 Views
IMG

İsmayıllı rayonunda ölümlə nəticələn hadisə baş verib.

 

Tvit.az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə fevralın 17-də saat 16 radələrində Muğanlı-İsmayıllı-Qəbələ yolunda Körpü-Bina-Tikinti MMC tərəfindən yenidənqurma işləri aparılarkən Buynuz kəndinin ərazisində baş verib.

 

Tikintidə çalışan Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Rəşad Nadir oğlu Eminov armaturların üzərinə aşması nəticəsində ölüb.

 

Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.