Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində israilli həmkarı Gideon Saar ilə görüşüb.
Tvit.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələləri, təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə mövcud problemləri müzakirə ediblər.