Yunanıstanın AEK futbol klubunun mavritaniyalı vingeri Abubakari Koyta hakimi təhqir etdiyinə görə UEFA Çempionlar Liqasının (ÇL) liqa mərhələsinin iki oyunundan kənarlaşdırılıb.
Tvit.az xəbər verir ki, bu barədə Yunanıstanın "Agones" portalı məlumat yayıb.
Futbolçu noyabrın 24-də "Komo"ya qarşı səfər matçını və dekabrın 8-də "Qalatasaray"la ev oyununu buraxmalı olacaq.
Qeyd edək ki, 28 yaşlı oyunçu bu mövsüm ÇL-də dörd qarşılaşmada iştirak edərək, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Noyabrın 4-də "Real Madrid"ə qarşı keçirilən görüşün sonlarında Koyta italiyalı hakim Mauritsio Marianini təhqir etdiyi üçün meydandan qovulmuşdu.