Apple-ın süni intellektlə işləyən ağıllı eynəklərinin dizaynı və funksiyaları ilə bağlı yeni detallar ortaya çıxıb.
Tvit.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, Mark Gurman şirkətin hazırladığı eynəklərin kameralara, maqnitli şarj sisteminə və təkmilləşdirilmiş Siri inteqrasiyasına malik olacağını bildirib.
Eynəklər vasitəsilə musiqi dinləmək, telefon və FaceTime zəngləri etmək mümkün olacaq. Siri isə ətrafdakı obyektləri tanımaq, mətnləri tərcümə etmək, istiqamət göstərmək və müxtəlif tapşırıqları yerinə yetirmək imkanları təqdim edəcək.
İlk modeldə genişləndirilmiş reallıq ekranı olmayacaq. Qurğu iPhone ilə birlikdə işləyəcək və Android cihazlarını dəstəkləməyəcək.
Aparat təminatının hazırlanması əsasən tamamlansa da, süni intellekt və proqram təminatı ilə bağlı gecikmələr səbəbindən eynəklərin 2027-ci ildə nəzərdə tutulan təqdimatı təxirə düşə bilər.
Aysel Şirinova