Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Kəpəz" - "Qarabağ" oyunu üçün azarkeş rekordu qırıldı
idman

"Kəpəz" - "Qarabağ" oyunu üçün azarkeş rekordu qırıldı

17-11-2026 13:00 52 Baxış
IMG

Misli Premyer Liqasının XII turunda keçiriləcək "Kəpəz" - "Qarabağ" oyunu üçün bilet satışında rekord qeydə alınıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

 

Qarşılaşma üçün bir sutka ərzində 8 400 bilet satılıb. Bu, 15 363 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunda yerlərin təxminən 55%-i deməkdir.

 

Xatırladaq ki, 22 noyabrda keçiriləcək "Kəpəz" - "Qarabağ" oyunu saat 17:00-da start götürəcək. Cari mövsüm "Kəpəz"in ev oyunlarında ən çox azarkeş sayı sentyabrın 4-də "Şamaxı" ilə görüşdə (15000 nəfər) qeydə alınıb.