"Azərbaycan Milli Elmlər Akademiyasının strukturu"nda dəyişiklik edilib.
Tvit.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr, Humanitar Tədqiqatlar və Diyarşünaslıq İnstitutu, Nizami Gəncəvi Mərkəzi sözügedən struktura əlavə edilib.