Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi 2 ədəd hibrid mühərrikli avtomobilin satın alınması ilə bağlı tenderə yekun vurub.
Tvit.az xəbər verir ki, satınalmanın qalibi “Auto Azərbaycan” MMC seçilib.
Şirkətin təklifinin qiyməti 136 min 600,01 manat təşkil edib. Bir avtomobil üçün ödənilən orta məbləğ 68 min 300 manat olub.
Aysel Şirinova