Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb
siyasət

Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb

20-11-2026 14:00 8 Baxış
IMG

Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

 

Belə ki, Ə.Əsədov Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib, Gürcüstanın baş nazirinə, eləcə də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.