Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Elektrik motosiklet istehsalçısı 150 milyon avrodan çox investisiya cəlb edib
digər

Elektrik motosiklet istehsalçısı 150 milyon avrodan çox investisiya cəlb edib

16-11-2026 22:00 30 Baxış
IMG

Elektrik motosikletləri istehsal edən İspaniyanın Stark Future şirkəti 150 milyon avrodan çox investisiya cəlb edib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, 2020-ci ildə yaradılan şirkətin investisiyadan sonra bazar dəyəri 1,2 milyard avroya yüksəlib.

 

Stark Future yeni vəsaiti elektrik motosikletlərinin istehsalını genişləndirmək və yeni bazarlara çıxmaq üçün istifadə etməyi planlaşdırır. Şirkət əsasən motokross, enduro və supermoto kateqoriyalarında yüksək performanslı elektrik motosikletləri istehsal edir.

 

Aysel Şirinova