Ucar rayonunda xəsarətlə nəticələnən avtoqəza olub.
Tvit.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Toyota" markalı minik avtomobili ilə VAZ-2106 markalı nəqliyyat vasitəsi toqquşub.
Hadisə nəticəsində Ucar rayon sakini Kamran Eyubov, Göyçay rayon sakinləri - Rauf Məmmədli və Aynur Azəri xəsarət alıblar.
Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.