ABŞ Dövlət Departamenti İran və onun müttəfiqlərinin hücumlarından sonra Səudiyyə Ərəbistanı və Bəhreyndə yaşayan Amerika vətəndaşları üçün təhlükəsizlik xəbərdarlığını yeniləyib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Dövlət Departamenti oktyabrın sonunda hər iki ölkədəki amerikalılara yüksək sayıqlıq nümayiş etdirmələri barədə verdiyi xəbərdarlığı yenidən yayımlayıb.
Buna səbəb İranın və onun Yəməndəki müttəfiqi olan husilərin bölgədəki hücumlarıdır. Husilər çərşənbə günü Səudiyyə Ərəbistanına növbəti hücumu həyata keçirib. Bəhreyn isə Tehranın çərşənbə axşamı ölkəyə pilotsuz uçuş aparatları (PUA) göndərdiyini açıqladıqdan sonra ardıcıl ikinci gün hücuma məruz qaldığını bildirib.
Aysel Şirinova