Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İranın hücumlarından sonra ABŞ Səudiyyə Ərəbistanı və Bəhreyndəki vətəndaşlarına xəbərdarlıq edib
dünya

İranın hücumlarından sonra ABŞ Səudiyyə Ərəbistanı və Bəhreyndəki vətəndaşlarına xəbərdarlıq edib

18-11-2026 23:00 11 Views
IMG

ABŞ Dövlət Departamenti İran və onun müttəfiqlərinin hücumlarından sonra Səudiyyə Ərəbistanı və Bəhreyndə yaşayan Amerika vətəndaşları üçün təhlükəsizlik xəbərdarlığını yeniləyib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Dövlət Departamenti oktyabrın sonunda hər iki ölkədəki amerikalılara yüksək sayıqlıq nümayiş etdirmələri barədə verdiyi xəbərdarlığı yenidən yayımlayıb.

 

Buna səbəb İranın və onun Yəməndəki müttəfiqi olan husilərin bölgədəki hücumlarıdır. Husilər çərşənbə günü Səudiyyə Ərəbistanına növbəti hücumu həyata keçirib. Bəhreyn isə Tehranın çərşənbə axşamı ölkəyə pilotsuz uçuş aparatları (PUA) göndərdiyini açıqladıqdan sonra ardıcıl ikinci gün hücuma məruz qaldığını bildirib.

 

Aysel Şirinova