Suriya Xarici İşlər Nazirliyi İranın Küveyt və Bəhreynə, eləcə də BƏƏ-yə məxsus neft tankerinə hücumlarını pisləyib.
Tvit.az xəbər verir ki, bu barədə xarici media məlmat yayıb.
Nazirlikdən bildirilib ki, bu hücumlar adıçəkilən ölkələrin suverenliyinin pozulması, həmçinin regionda təhlükəsizlik və sabitliyə təhdid yaradır.
Suriya XİN qardaş ölkələrlə həmrəy olduğunu bəyan edib və onların suverenliyinin qorunması üçün zəruri tədbirlər görmək hüququnu dəstəklədiyini vurğulayıb.