Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ iqtisadiyyat Azərbaycanda təbii qaz hasilatı gələn il 1,5 % artacaq
iqtisadiyyat

Azərbaycanda təbii qaz hasilatı gələn il 1,5 % artacaq

04-11-2026 19:00 18 Baxış
IMG

Gələn il Azərbaycanda təbii qaz hasilatının cari ilin proqnozu ilə müqayisədə 239,2 milyon kubmetr, yəni 1,5 % yüksələrək 16,3 milyard kubmetrə çatacağı nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfində öz əksini tapıb.

Sənədə görə, dizel yanacağının istehsal həcmi 115,4 min ton, yəni 5 % artım göstərəcək. Bundan əlavə, ƏDV-yə cəlb olunan dövriyyənin genişlənməsi nəticəsində əlavə vergi öhdəliklərinin formalaşacağı gözlənilir.