Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu imtahanda 2 fənn ləğv edilir? - Rəsmi
sosial

Bu imtahanda 2 fənn ləğv edilir? - Rəsmi

18-11-2026 16:00 47 Baxış
IMG

Dövlət qulluğuna qəbul üzrə test imtahanı mərhələsinin strukturunda mühüm dəyişikliklərin ediləcəyi gözlənilir.

Tvit.az Nocomment.az-a istinadla xəbər verir ki, mövcud imtahan proqramında yer alan informatika və Azərbaycan dili fənləri ləğv olunur.

Onların əvəzinə imtahan siyahısına emosional intellekt fənni əlavə ediləcək.

Yeni imtahan modeli və sual bölgüsündən sonra namizədlərə ümumilikdə 100 test tapşırığı təqdim olunacaq. Fənlər üzrə sualların yeni bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

Qanunvericilik: 50 sual

Məntiq: 30 sual

Emosional intellekt: 20 sual

Xatırladaq ki, hazırkı qaydalara əsasən namizədlər qanunvericilik (40), məntiq (30), informatika (15) və Azərbaycan dili (15) fənləri üzrə imtahan verirlər. Yeni sistemin tətbiqi ilə namizədlərin hüquqi bilikləri ilə yanaşı, psixoloji hazırlıq səviyyəsinin də qiymətləndirilməsi hədəflənir.