Azərbaycan və Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərini, ticarət və investisiya əlaqələrinin genişləndirilməsini müzakirə edib.
Tvit.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata əsasən, bununla bağlı müzakirələr azərbaycanlı nazir ilə Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili arasında görüşdə aparılıb.
Bundan başqa, tərəflər Azərbaycanla Gürcüstan arasında sənaye, enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
"Ortaq iqtisadi maraqlarımızın reallaşdırılması və regional təşəbbüslərin irəlilədilməsi üçün birgə fəaliyyətin əhəmiyyətini vurğuladıq", - M.Cabbarov qeyd edib.