İran prezidenti Məsud Pezeşkian istehsalın dayanması və işsizliyin artmasının ölkənin düşmənləri tərəfindən ictimai narazılığı artırmaq üçün istifadə oluna biləcəyini bildirib.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
Pezeşkian Qəzvin əyalətinə səfəri zamanı enerji istehlakının səmərəli idarə edilməsinin və sənaye müəssisələrinin fasiləsiz enerji ilə təmin olunmasının vacibliyini vurğulayıb.
O, istehsal obyektlərinin fəaliyyətini dayandırmadan işləməsi üçün zəruri tədbirlərin görülməli olduğunu qeyd edib.
Elmin Alışov