Bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Belarus xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, – deyə Lukaşenkonun rəsmi saytında dərc olunan müraciətdə bildirilib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, An-12 hərbi-nəqliyyat təyyarəsi planlı uçuşu yerinə yetirərkən Kemerovo vilayətində qəzaya uğrayıb. Hadisə nəticəsində 19 nəfər həlak olub.