Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Fransada etirazlar davam edir - 300.000 insan iştirak edə bilər
dünya

Fransada etirazlar davam edir - 300.000 insan iştirak edə bilər

17-11-2026 16:00 54 Baxış
IMG

Fransanın bir sıra şəhərlərində, o cümlədən Paris, Lion və Marseldə ümummilli tətil davam edir.

 

Tvit.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

 

Bildirilib ki, etirazçılar əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı çıxır və dövlət sektorunda əməkhaqlarının artırılmasını tələb edirlər.

Fransanın Ümumi Əmək Konfederasiyasının (CGT) məlumatına görə, Marseldə keçirilən etiraz yürüşünə 80 min nəfər qoşulub.

Ölkə hakimiyyəti isə Fransa üzrə etiraz aksiyalarında 200 mindən 300 minədək insanın iştirak edəcəyini gözləyir.