Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ermənistan və Almaniya müdafiə sahəsində əməkdaşlığı genişləndirir
dünya

Ermənistan və Almaniya müdafiə sahəsində əməkdaşlığı genişləndirir

17-11-2026 22:00 14 Baxış
IMG

Noyabrın 16-da Berlində Ermənistan və Almaniya arasında ikitərəfli müdafiə məsləhətləşmələri keçirilib.

 

Görüşdə 2026-cı il ərzində müdafiə sahəsində əməkdaşlıq çərçivəsində görülən işlərə yekun vurulub.

Ermənistan Müdafiə Nazirliyinin Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Levon Ayvazyan almaniyalı tərəfdaşlarına Silahlı Qüvvələrdə aparılan transformasiya prosesi barədə məlumat verib.

Tərəflər 2027-ci il üçün əməkdaşlıq proqramını müzakirə edərək razılaşdırıblar. Proqrama bir sıra yeni sahələr üzrə tədbirlər də daxil edilib.

Hər iki ölkənin müdafiə qurumlarının nümayəndə heyətləri əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

 

Növbəti müdafiə məsləhətləşmələrinin İrəvanda keçirilməsi planlaşdırılır.