Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Arsenal" iki futbolçusu ilə müqavilənin müddətini uzatmağa hazırlaşır
idman

"Arsenal" iki futbolçusu ilə müqavilənin müddətini uzatmağa hazırlaşır

17-11-2026 09:00 64 Baxış
IMG

İngiltərənin "Arsenal" klubu daha iki futbolçusu ilə müqavilənin müddətini uzatmaq istəyir.

 

Tvit.az ESPN-ə istinadən xəbər verir ki, "topçular" qapıçı David Raya və müdafiəçi Pyero İnkapye ilə danışıqlar aparır.

 

Tərəflər yeni razılaşmaları yekunlaşdırmaq üzrədirlər.

 

31 yaşlı Rayanın hazırkı sözləşməsi 2028-ci ilin, 24 yaşlı İnkapyenin isə 2031-ci ilin yayınadək qüvvədədir.

 

Xatırladaq ki, ispaniyalı qolkiper 2023-cü ildən London təmsilçisində çıxış edir. İnkapye isə 2025-ci ildən "Arsenal"dadır.