Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran XİN rəhbəri Vaşinqtonda kimyəvi silahdan istifadə planı barədə iddiaları təkzib edib
dünya

İran XİN rəhbəri Vaşinqtonda kimyəvi silahdan istifadə planı barədə iddiaları təkzib edib

17-11-2026 23:00 6 Baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Vaşinqtonda kimyəvi silahdan istifadə etməyi planlaşdırdığı barədə yayılan məlumatları təkzib edib.

 

Nazir “X” sosial şəbəkəsində bildirib ki, son 72 saat ərzində İsrailyönlü media İranın Vaşinqtonda kimyəvi silah tətbiq etməyə hazırlaşdığı və bəndlərin altında raket bazaları inşa etdiyi barədə iddialar yayıb.

Əraqçi bu məlumatları “cəfəngiyyat” və “İraq müharibəsi dövrünün təbliğatı” adlandırıb.

Qeyd edək ki, noyabrın 16-da CNN telekanalı ABŞ kəşfiyyatına yaxın mənbələrə istinadən İranın Vaşinqtonda “çirkli bomba” partlatmaq planı hazırladığı barədə məlumat yayıb. Bildirilib ki, ehtimal olunan hücumun hədəfi ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri ola bilər.

İran XİN-in sözçüsü İsmayıl Bəqayi isə ABŞ və İsraili əsassız məlumatlar yaymaqla ölkəyə qarşı yeni hücum üçün informasiya zəmini hazırlamaqda ittiham edib.

Ağ Evdən isə bildirilib ki, ABŞ-a qarşı hər hansı təhlükə qeydə alınmayıb.