Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Tvit.az Reoprta-a istinadən xəbər verir ki, bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
İlkin məlumata əsasən, "Toyota Prado" markalı, 10 RV 404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü İxtiyar Əliyar oğlu Teymurovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.
Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Əli Teymurov və 2016-cı il təvəllüdlü Banu Teymurova, qohumu, 2002-ci il təvəllüdlü Aydın Təhmasib oğlu Alışov hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.