Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Qubada keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlanıb
turizm

Qubada keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlanıb

06-10-2026 12:00 8 Views
IMG

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb.

 

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş R.Əliyev və S.Talıbov saxlanılıblar. Əməliyyat nəticəsində həmin şəxslərdən ümumilikdə 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.