Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Şirvanda qazi saxlanıldı
turizm

Şirvanda qazi saxlanıldı

30-04-2025 09:00 16 Views
IMG

Şirvan şəhərində narkotik vasitənin təsiri altında avtomobillə xuliqanlıq hərəkətləri törədən qazi, 22 yaşlı Heydər Gülmalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

 

Tvit.az APA-ya istinadən xəbər verir ki, o, “Azsamand” markalı avtomobillə dövlət qeydiyyat nişanı olmadan şəhər ərazisində ictimai qaydanı kobud surətdə pozaraq, vətəndaşların həyat və sağlamlığına real təhlükə yaratmaqla, təhlükəli manevrlərlə ayrı-ayrı şəxslərə məxsus bir neçə nəqliyyat vasitəsinə zərər vuraraq qərəzli hərəkətlər törətməkdə təqsirləndirilir.

 

Törətdiyi hərəkətlərinə görə saxlanılan H.Gülmalıyev barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.