Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Oğuzda maşın ağaca çırpılıb, xəsarət alanlar var
turizm

Oğuzda maşın ağaca çırpılıb, xəsarət alanlar var

29-04-2025 20:00 13 Views
IMG

Oğuz-Xaçmaz avtomobil yolunda minik avtomobilinin ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

"Tvit.az" apa-ya istinadən xəbər verir ki, “VAZ 2107” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişinlər — rayonun Xaçmaz kənd sakinləri Ceyhun Carı oğlu Cəlolov və Azər Osman oğlu Əhmədov — müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.