Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib.
Tvit.az xəbər verir ki, Goranboy rayonunun Borsunlu kənd sakini 2001-ci il təvəllüdlü Elmar Nəsirov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, E.Nəsirov dərman içərək intihara cəhd edib. Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.
Ona tibbi yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Elmar Elmir oğlu Nəsirov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Füzuli-Xocavənd istiqamətlərində aparılan döyüşlərdə yaralanıb.
"Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. O, YAŞAT Fondunun xətti ilə Türkiyədə müalicə edilib və 14 dəfə əməliyyat olunub.