Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət İstanbulda güclü zəlzələ olub - YENİLƏNİB
siyasət

İstanbulda güclü zəlzələ olub - YENİLƏNİB

23-04-2025 14:00 22 Views
IMG

İstanbuldakı zəlzələ yerin 6.9 kilometr dərinliyində qeydə alınıb, afterşoklar davam edir.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, Mərmərə dənizinin Silivri rayonu sahillərində 10 saniyə davam edən yeraltı təkan böyük təşvişə səbəb olub və ətraf vilayətlərdə də hiss edilib. 

Türkiyə Daxili İşlər Nazirliyi yanında Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) zəlzələ ilə bağlı əhaliyə xəbərdarlıq edib. 

14:02

İstanbulda ardıcıl iki zəlzələ olub.

Bu barədə Türkiyənin "Haber Global" kanalı məlumat yayıb.

Bildirilib ki, birinci zəlzələ 3,9, ikincisi isə 6,2 maqnitudada olub.

Yeraltı təkanlardan ikincisi daha güclü hiss edilib. (report)