Mingəçevirdə evdən kişi meyiti tapılıb.
Tvit.az xəbər verir ki, hadisə şəhər avtovağzalı yaxınlığında yerləşən köçkün şəhərciyində qeydə alınıb.
Meyiti tapılan şəxsin 1968-ci il təvəllüdü Allahverdi Quliyev olduğu müəyyən edilib. Onun bədənində zorakılıq əlaməti aşkarlanmayıb.
Qeyd edək ki, hadisə ölən şəxsin yaşadığı mənzildə baş verib.
Faktla bağlı araşdırma aparılır.