Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm QHT sədrləri həbs edildi
turizm

QHT sədrləri həbs edildi

14-03-2025 23:00 18 Views
IMG

"Vətəndaş Hüquqları" İnstitunun rəhbəri Bəşir Süleymanlı və "Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd (Altay) Məmmədzadə həbs edilib.

"Tvit.az" xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə QHT sədrləri barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Məmməd Məmmədzadə və Bəşir Süleymanlıya qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.