Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Putin Sahibə Qafarova ilə bağlı fərman verdi (FOTO)
siyasət

Putin Sahibə Qafarova ilə bağlı fərman verdi (FOTO)

10-03-2025 20:00 20 Views
IMG

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin (parlament) sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib.

"Tvit.az" xəbər verir ki, Rusiya dövlət başçısının fərmanı hüquqi informasiya portalında dərc olunub.

Qafarova “Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində xidmətlərinə görə” təltif edilib.

Sahibə Qafarova 2020-ci ildən Azərbaycan parlamentinə rəhbərlik edir və 2024-cü ilin sentyabrında yenidən bu vəzifəyə seçilib. O, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüdür.